“Ayaqlarım tutuldu, həyəcandan özümü itirdim”-Həmidə Ömərova 35 il sonra onlarla görüşdü- FOTOLAR




      Bölmə: Gündəm Tarix: 15.10.2023 / 10:18

“Mükafat almağım sürpriz oldu, gözləmirdim. Mənə demişdilər ki, ziyafət geyimində gəlin, səhnəyə çıxacaqsınız. Ön sırada oturmuşdum ki, məni dəvət edəcəklər və səhnəyə çıxıb kiməsə mükafat verəcəm. Bu an səhnəyə türkdilli ölkələrdən birinin nümayəndəsi çıxdı və əlindəki zərfi açaraq bu nitqi söylədi: “3-cü “Korkut ata” Türk Dünyası Film Festivalı-Türk dünyası mədəniyyətinə töhfəyə görə Həmidə Ömərova mükafatlandırılır”. Sanki ayaqlarım tutuldu, bilmədim mən necə ayağa qalxdım, necə səhnəyə çıxdım. Çox həyəcan keçirdim! Özümü itirdim. Səhnəyə çıxıb hamıya öz təşəkkürümü bildirdim. Həmin mükafat məndən başqa xalq artistləri Rasim Balayevə, Oqtay Mirqasımova, bir də Fəxrəddin Manafova verildi” 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O daha sonra əlavə edib.

 

“35 ildən sonra Türkmənistanın xalq artistləri Mayagözəl Aymedova və Hocaqulu Narlıyevi gördüm. Onlarla festivalın bağlanış mərasimi başlamazdan öncə söhbət etdim, şəkil çəkdirdim. Üstündən uzun illər keçməsinə baxmayaraq Hocaqulu Narlıyev məni tanıdı. Türkmənistanda olduğum illəri mənə xatırlatdı. Biz o vaxt Azərbaycan filmlərinin 10 günlüyü çərçivəsində Türkmənistanda olmuşduq. Hocaqulu Narlıyev hətta məndən soruşdu ki, niyə bu günlərdə Özbəkistanda keçirilən Daşkənd film festivalında iştirak etmədiniz? Əslində iştirak edəcəkdim. Xəstə olduğumu bildirdim. İştirakçılar arasında çox sevdiyim kinorejissor, müəllif kinosunun bu günki Türk Kinematoqrafiyasında parlaq nümayəndələrindən biri Selin Kaplanoğlunu da gördüm. Çox sevindim ki, o Azərbaycanda bu festivalda iştirak edir. Tədbir çox möhtəşəm keçdi. Çox gözəl təəssüratlarım var. Festivalı Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi, Baku Media Center çox yüksək səviyyədə təşkil etmişdilər. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Festivalın əsas mükafatına haqlı olaraq hörmətli Arzu xanım Əliyevanın rəhbərliyi ilə çəkdiyi filmə görə “Baku Media Center” layiq görüldü” deyə sənətkar bildirib. 

Həmidə Ömərova bildirib ki, bu festival bütün türkdilli ölkələrin mədəniyyətinə töhfədir.

“Sovet dövründə biz hər il müxtəlif respublikalarda keçirilən ümumittifaq Kino festivallarında iştirak edirdik. Bu bir növ yaradıcılıq hesabatı idi. Hər ölkənin çəkdiyi bir film hər dəfə başqa respublikalarda nümayiş etdirilirdi. Həmin festivalda qalib gələn film hansı ölkəyə məxsus idisə festival gələn il həmin ölkədə keçirilirdi. Sovetlər dağılandan sonra kinonun mərkəzləşdirilmiş sənaye sistemi pozulduğuna görə əlaqələr kəsildi. Biz bilmirdik ki, qardaş bildiyimiz ölkələrdə bu festival necə inkişaf edir, hansı filmlər çəkilir?! Beynəlxalq festivallarda isə iştirak edə bilmirdik. Tədricən bizim filmlər beynəlxalq festivallara göndərilməyə başladı. Bu festivaldan biz nə öyrəndik?! Biz türkdilli ölkələrin çəkdiyi filmlərlə tanış olduq, tamaşaçılarımız kinoteatrlara getdi, həmin filmləri gördü. Onların mədəniyyəti ilə tanış oldu. O əlaqələr yenidən canlandı. Mən bilirəm ki, artıq Özbəkistanda, Türkmənistanda hansı filmlər çəkilir?! Biləvasitə həmin filmləri çəkən rejissorlarla yaxından tanış olub, ünsiyyətdə olduq. Həmçinin onlar da Azərbaycan kinematoqrafiyasının nümayəndələri ilə tanış oldular. Bu münasibətlər türkdilli xalqların kinematoqrafiyasının inkişafına sözsüz ki, təkan verir. Həmin festival gələn il Türkmənistanda keçiriləcək. Tədricən bu əlaqələr daha da genişlənəcək. Bu da gələcəkdə müştərək filmlərin çəkilməsinə, aktyorlarımızın xaricdə, xarici həmkarlarımızın bizdə çəkilməsinə təkan verəcək, müqavilələr imzalanacaq. Təbii ki, bu festivallar ümumiyyətlə türkdilli xalqların kinematoqrafiyasının inkişafında əvəzsiz rol oynayacaq” deyə sənətkar bildirib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---